Bu gün Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb. İki gün davam edəcək tədbir Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun himayəsi altında keçirilir.
“İki sahil” xəbər verir ki, konfransda 40 ölkədən nazirlər, ekspertlər, hüquqşünaslar, ümumilikdə 4000 nümayəndə iştirak edir.
Konfransda məhkəmə keyfiyyəti sahəsində beynəlxalq təcrübələr nəzərdən keçiriləcək və təkmilləşdirmə üçün ən yaxşı nümunələr müzakirə olunacaq. Tədbir çərçivəsində 50-dən çox natiq 8 panel iclasında fikirlərini bölüşəcəklər.
Şalva Papuaşvili: Orta Dəhliz Cənubi Qafqaz regionunda investisiyaları artıracaq
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın əsas mövqelərinə zərbələr endirib