24 noyabr 2025 02:47
49

Gürcüstanda torpaq sürüşməsi baş verib, ölənlər var

Gürcüstanın Qərb bölgəsində yol tikintisi zamanı torpaq sürüşməsi baş verib. Nəticədə 5 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan İnfrastruktur Nazirliyini məlumat yayıb.

Bildirilir ki, hadisə Kveşeti - Kobi yolunun tikintisi zamanı baş verib. Şirkətin Türkmənistan və Çin vətəndaşları olan 5 əməkdaşı çökmüş kütlənin altında qalıb. Onlardan 4-nün cəsəd tapılıb.

Faktla bağlı araşdırma aparılır.