24 noyabr 2025 04:04
33

Pavel Durov Çarli Kirkin ölümündə Fransanın iştirakını güman edir

Teleqam messencerinin təsisçisi Pavel Durov amerikalı mühafizəkar fəal Çarli Kirkin ölümündə Fransanın mümkün iştirakını güman edir.

“İki sahil” xəbər verir ki, o, bu açıqlamanı "X" sosial şəbəkəsində yazıb.

"Çarli Kirkin Makronun Fransası haqqında dediyi hər şeyi nəzərdən keçirdikdən sonra, jurnalist Kendas Ouensin onun ölümündə Fransanın iştirakı ilə bağlı məlumatları mənə tamamilə inandırıcı görünür", - Durov yazıb.

O, həmçinin xatırladıb ki, Kirk əvvəllər teleqramın təsisçisinə qarşı ittihamlar ləğv edilənə qədər Fransa mallarına 300 % tariflərin tətbiq olunmasını tələb edib.

Xatırladaq ki, 10 sentyabr 2025-ci ildə amerikalı fəal mühafizəkar və ABŞ Prezidenti Donald Trampın yaxın müttəfiqi Çarli Kirk Yuta Vadisi Universitetində ictimai çıxışı zamanı boynundan güllələnərək ölümcül yaralanıb. Kirk ağır vəziyyətdə xəstəxanaya aparılsa da, qısa müddət sonra vəfat edib.

12 sentyabrda Yuta qubernatoru Spenser Koks qətldə şübhəli bilinən şəxsin həbs olunduğunu elan edib. O, 22 yaşlı Tayler Ceyms Robinsondur.

Tramp atəş açan şəxsə ölüm cəzası verməyə çağırıb.