24 noyabr 2025 09:03
67

Pakistanda terrorçular polis qərargahının yaxınlığında partlayış törədiblər, ölənlər var

Pakistanın Peşəvər şəhərində terrorçu kamikadze federal polisin qərargahına hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Dawn" qəzeti mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin məlumatına görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları cavab tədbirləri zamanı iki yaraqlını öldürüb. "Reuters" agentliyi partlayış nəticəsində üç nəfərin öldüyünü bildirib.