Piyadavurma hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından asılıdır.
“İki sahil” xəbər verir ki, piyadaların bu istiqamətdə maarifləndirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Növbəti belə tədbir paytaxtın Yasamal rayonunda yerləşən təhsil müəssisəsinin və metro stansiyasının qarşsında təşkil olunub.
Əməkdaşlar həmsöhbət olduqları piyadalara yol hərəkəti qaydalarını bir daha xatırladıb, yolu nəzərdə tutulmayan yerlərdən keçməyin, qəflətən yolun hərəkət hissəsinə çıxmağın təhlükəli davranışlar olduğunu izah edib, zəruri tövsiyələr veriblər.