24 noyabr 2025 19:59
71

Trampın Sülh Planında dondurulmuş Rusiya aktivləri ilə bağlı bəndi ləğv edilib?

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh planının yeni versiyasında dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı bənd ləğv edilib.

“İki sahil” xəbər verir ki,  Bloomberg bu barədə mənbələrə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, Avropa müttəfiqləri bu dəyişikliklərlə bağlı "nikbinliklərini" bildiriblər.

Əvvəlcə dondurulmuş Rusiya aktivlərinin 100 milyard dollarının ABŞ-ın rəhbərlik etdiyi Ukraynada yenidənqurma və investisiya səylərinə yatırılması nəzərdə tutulurdu. ABŞ tərəfi bu əməliyyatdan əldə edilən mənfəətin 50%-ni almalı idi. Qalan dondurulmuş Rusiya aktivlərinin ayrıca ABŞ-Rusiya investisiya mexanizminə yatırılması planlaşdırılırdı.