Noyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.
“İki sahil” xəbər verir ki, iclasda TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə ediləcək və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənəcək. Həmçinin TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılacaq, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflər müzakirə ediləcək.
Prezident İlham Əliyevin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində görülən işlərlə tanış olub YENİLƏNİB/FOTO