Azərbaycanda meyvə bağlarında ilk dəfə ən böyük sığorta ödənişi həyata keçirilib.
“İki sahil” xəbər verir ki, bunu Aqrar Sığorta Fondu İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli deyib.

Onun sözlərinə görə, hal-hazırda biz Xaçmaz rayonunun Nabran qəsəbəsindəyik və gördüyünüz kimi nektarin bağında 2025-ci ilin mart ayında şaxta vurma hadisəsi baş verib: "Sahədə iki dəfə ekspertiza aparılıb. İlkin ekspertiza hadisənin təsdiq olunması ilə bağlı ekspertiza aparılmış, yekun ekspertiza isə artıq məhsul yetişmə tam fazasında olanda ekspertiza aparılıb, daha dəqiq zərər hesablanır. İlkin olaraq hadisə meyvə bağlarında çiçəklənmə fenoloji fazasında baş verib. Yekun olaraq zərər hesablanmış və qeyd olunan fermerə 712 min manat dəyərində sığorta ödənişi həyata keçirilir."
Orxan Vahidoğlu, "İki sahil"