Azərbaycan İordaniyanın paytaxtı Əmmana ilboyu uçuşların təşkilini nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın dördüncü iclasında bildirib.
“Bu il AZAL yay mövsümü üçün Bakı-Əmman birbaşa uçuşlarını həyata keçirib. Hazırda gələn yay oxşar uçuşların təşkili imkanlarını planlaşdırır və qiymətləndirir. Biz bunun kommersiya baxımından daha cəlbedici etmək yollarını araşdıracağıq, təkcə çarter uçuşları deyil, həm də ilboyu müntəzəm uçuşlar həyata keçirəcəyik”, - deyə S.Babayev bildirib
Türkiyə-Azərbaycan media platformasına digər türk dövlətlərinin də qoşulması vacibdir
Dauletxan Jiyenkulov: Sosial şəbəkələrdəki saxta məlumatlar ictimai rəyə təsir edir