Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının rəsmi şəxsləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib.
"Mən Avropa İttifaqından olan həmkarlarımla Azərbaycan və Aİ arasında münasibətlərdə son vaxtlar müşahidə olunan müsbət dinamikanı müzakirə etməkdən məmnun oldum.
Biz ikitərəfli gündəliyin geniş spektrini və Azərbaycan-Aİ tərəfdaşlığının daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - H.Hacıyev yazıb.
Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib