01 dekabr 2025 09:33
228

Avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, Musayev Zakir Məmmədəğa oğlu Sabunçu rayonu, Maştağa şosesində Maştağa qəsəbəsi istiqamətində idarə etdiyi "Toyota-Prius" markalı avtomobillə hərəkətdə olarkan piyada 1975-ci il təvəllüdlü Əskərov Elşən Paşa oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.