02 dekabr 2025 12:12
61

Sabah Sumqayıtda 45 min abonentin qazı kəsiləcək

Sabah Sumqayıt şəhərində 45 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

“İki sahil” xəbər verir ki,  "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 3-də saat 10:00-dan etibarən bir sıra abonentlərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bildirilib ki, qoşulma işləri ilə bağlı Şəhər-1 xəttində 30 min abonentin, Şəhər-3 xəttində isə 15 min abonentin qaz verilişi işlər tamamlananadək məhdudlaşdırılacaq.