03 dekabr 2025 15:01
59

Türkiyə Rusiya qazını almağa davam edəcək

Türkiyə Rusiyadan qaz almağa davam edəcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə İstanbulda jurnalistlərə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

"Türkiyə Rusiyadan qaz almağa davam edəcək. Bunu ABŞ-dəki həmkarlarımıza və bütün dünyaya açıq və şəffaf şəkildə deyirik. Bizə Rusiya, İran, Azərbaycan qazı lazımdır. Bundan başqa, Türkiyə LNG də (mayeləşdirilmiş təbii qaz) daxil olmaqla, bir çox digər mənbələrdən qaz alacaq", - nazir qeyd edib.