Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dohada forumda iştirak edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Məlumata görə, Hikmət Hacıyev və Armen Qriqoryan forum çərçivəsində “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton razılaşması və birgə gələcək” mövzusunda paneldə müzakirələr aparacaqlar.
Panel müzakirəsinin dekabrın 5-də keçiriləcəyi bildirilir.
Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir - Politoloq