04 dekabr 2025 12:50
227

Putin: Rusiya Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını təklif etdi, lakin...

Rusiya Prezidenti Vladimir Putin Hindistana dövlət səfərindən əvvəl "India Today"ə verdiyi müsahibədə qeyd edib ki, Rusiya hərbi əməliyyatlardan yayınmaq üçün Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını təklif etdi, lakin Kiyev döyüşməyə üstünlük verib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Biz dərhal Ukraynaya dedik ki... qoşunlarınızı çıxarın və heç bir hərbi əməliyyat olmayacaq. Xeyr, onlar döyüşməyə üstünlük verirlər. İndi isə kifayətdir", - deyə, Putin bildirib.

O, Rusiyanın səkkiz il Donetsk və Luqansk Xalq Respublikalarını tanımadığını xatırladıb.

"Onlar müstəqillik elan etdilər və biz Ukraynanın qalan hissəsi ilə bu respublikalar arasında münasibətləri yaxşılaşdırmağa çalışdıq", - deyə Rusiya lideri vurğulayıb.

O, əlavə edib ki, Moskva bunun mümkün olmadığını və respublikaların sadəcə məhv edildiyini anladıqda, Donbası Sovet dövründə mövcud olduqları inzibati sərhədlər daxilində tanıyıb.

Putin qeyd edib ki, Donbas və Novorossiya əraziləri istənilən halda - hərbi yolla və ya Ukrayna Silahlı Qüvvələrinin könüllü şəkildə geri çəkilməsi nəticəsində azad ediləcək.