Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər Azərbaycan–Aİ əməkdaşlığı gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli təmaslarda müşahidə olunan müsbət dinamikanı alqışlayıb və enerji təhlükəsizliyi, nəqliyyat və əlaqəlilik, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov qarşı tərəfi regional inkişaflar barədə məlumatlandırıb və Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyi təşviq etmək istiqamətində səyləri barədə geniş məlumat verib.
Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində görülən işlərlə tanış olub YENİLƏNİB/FOTO
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
Vüqar Rəhimzadə: Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu daha da artır