Dekabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
İclasda Naxçıvan Muxtar Respublikasının rayon-şəhər təşkilatlarının aparatlarında 2025-ci ilin ikinci yarımilliyi, Göyçay və Kürdəmir rayon təşkilatlarının aparatlarında isə 2025-ci ilin birinci yarımilliyi ərzində aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları və cari məsələlər müzakirə olunub.
YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.
Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Prezident İlham Əliyevin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində görülən işlərlə tanış olub YENİLƏNİB/FOTO
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib