Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 31-ci Parlament Təhlükəsizlik Forumunda iştirak etmək üçün dekabrın 8-də Vaşinqtona səfər edəcək.
“İki sahil” xəbər verir ki, Milli Məclisdən bildirilib ki, Forum çərçivəsində qlobal təhlükəsizlik, parlament nəzarəti mexanizmləri və beynəlxalq təhlükə mənbələri ilə mübarizə kimi mövzular müzakirə olunacaq. S.Seyidovun burada ABŞ Konqresinin bir sıra üzvləri ilə görüşləri də nəzərdə tutulub.
Səfər dekabrın 12-də başa çatacaq.
Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində görülən işlərlə tanış olub YENİLƏNİB/FOTO
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
Vüqar Rəhimzadə: Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu daha da artır