Bu konfranslarda əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış hüququnu beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Bildiyiniz kimi, soydaşlarımız 37 il əvvəl sonuncu deportasiya zamanı tarixi yurdlarından - Qərbi Azərbaycan torpaqlarından qovulublar. Bu müddət ərzində Qərbi Azərbaycandakı mədəni irsimiz xeyli zərər görüb. Apardığımız monitorinqlər göstərir ki, min illər boyu yaradılmış mədəni irs nümunələri erməni vandalizminə məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri və Milli Məclisin deputatı Əziz Ələkbərov söyləyib.
O bildirib ki, artıq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesində irəliləyişlər var. Avqustun 8-də Vaşinqton görüşləri zamanı sazişin paraflanması prosesi həyata keçirilib. Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpası məsələsinin gündəmə gətirilməsi vacibdir və bugünkü konfransın mövzusu da məhz budur.
"Heç şübhəsiz, bu konfransların, xüsusilə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbirlərin ən böyük əhəmiyyəti odur ki, dünya ictimaiyyəti regiondakı həqiqətləri, Qərbi Azərbaycanda gedən prosesləri və Azərbaycan mədəni irsinin vəziyyətini dolğun şəkildə öyrənsin. Ümid edirik ki, Ermənistan tərəfi də bu həqiqətləri nəzərə alacaq", - deyə Ə.Ələkbərov vurğulayıb.
Qərbi Azərbaycan İcması altı ölkənin nümayəndəsinə fəxri üzvlük sertifikatı təqdim edib
Şamil Ayrım: Qərbi azərbaycanlıların geri dönüşü beynəlxalq insan hüquqlarının fundamental prinsiplərindən biridir