Azərbaycanda gənclərin inkişafı daim diqqətdə saxlanılır və onlarla bağlı uğurlu siyasət həyata keçirilir.
“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda açılışı keçirilən D-8 Gənclər Dialoqunda deyib. Nazirin sözlərinə görə, keçirilən müxtəlif beynəlxalq tədbirlər və qurulan əməkdaşlıqlar bu siyasətin inkişafına töhfə vermək məqsədi daşıyır: "Gənclərin aktivliyi və enerjisi də bizi daim onlara dəstəyə sövq edir. İstər yerli, istərsə də beynəlxalq tədbirlərdə gənclərin, eləcə də könüllülərin aktivlik göstərməsi olduqca müsbət dinamika yaradır".