D-8 Gənclər Dialoqunun fəaliyyəti üçün Azərbaycanın təcrübələrindən yararlanmaq çox önəmlidir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi İsiaka Abdulqadir İmam D-8 Gənclər Dialoqunun açılışında çıxışı zamanı deyib. Onun sözlərinə görə, "D-8" Gənclər Dialoqunun fəaliyyət istiqamətinə ticarət, nəqliyyat daşınması, təhsil və sağlamlıq eləcə də iqlim məsələləri daxildir: "Çox məmnunuq ki, Azərbaycan bizimlə əməkdaşlıq edir. Çünki bu ölkənin sözü gedən sahələrdə yetərincə təcrübələri var. Həmçinin Azərbaycanın COP29 sahəsindəki təcrübəsi də bizim üçün olduqca vacibdir. Əhalimizin 20 faizi gənclərdir. Onların bu təcrübələrdən yararlanması bizim üçün önəmlidir".
Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir - Politoloq