Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda bütün atmosferi dəyişən böyük uğurdur.
“İki sahil”in xarici KİV-ə istinadən məlumatına görə, o, bu barədə Dohada keçirilən beynəlxalq sammitdə çıxışı zamanı bildirib. "İndi biz münaqişənin özünü deyil, sülhün necə möhkəmləndirilməsini və onun necə institutlaşdırılmasını müzakirə edirik", - A.Qriqoryan bildirib. Onun sözlərinə görə, gələcəkdə sülh sazişinin ratifikasiyası və regionda kommunikasiyaların bərpası avqustun 8-də Bakı və İrəvan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların institutlaşdırılması prosesinin bir hissəsidir.
Dövlətin dayanıqlılığı və Milli Təhlükəsizliyin təminatında hüquq-hühafizə orqanlarının strateji rolu
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub