Ədalətli sülh əsasında Cənubi Qafqaz regionunda yeni reallıqlar və yeni status-kvo qururuq.
“İki sahil”xarici KİV-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərdə keçirilən “Doha Forumu”nda “Ermənistan-Azərbaycan Davamlı Sülh: Vaşinqton Sazişi və Paylaşılan Gələcək” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib. Hikmət Hacıyev ABŞ-nin vasitəçili ilə Ermənistanla əldə olunan razılaşmanı alqışlayaraq bildirib ki, bu saziş regionumuzda beynəlxalq hüququn legitimliyini, qanuniliyini və əsas prinsiplərini təmin edəcək: “Son zamanlar bir çox sülh təşəbbüsləri uğursuz olub, çünki razılaşma imzalandıqdan sonra tərəflər “komfort zona"sına düşürlər. Ermənistan və Azərbaycan belə bir vəziyyətdən qaçmağa çalışır". O, həmçinin vurğulayıb ki, hər iki tərəf sülhün çətin mübarizə olduğunu bilir və biz çox çalışmalıyıq.
Hikmət Hacıyev qeyd edib ki, iki paytaxtdakı rəsmilər müxtəlif kanallar vasitəsilə müntəzəm əlaqədədir və iki ölkə arasındakı razılaşmaların tam həyata keçirilməsi üçün ciddi şəkildə çalışırlar.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
BƏƏ Prezidenti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək barədə tapşırıq verib
İlham Əliyev: Azərbaycan-BƏƏ əməkdaşlığı daha geniş region üçün mühüm əhəmiyyət kəsb edir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB