Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev və türkiyəli həmkarı Vedat İşıqkhanla əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, A.Əliyev türk dövlətləri arasında sosial sahədə də əməkdaşlığın gücləndirilməsi istiqamətində TDT Katibliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib. Nazir son illər Azərbaycanda aparılan sosial islahatların uğurlarını qeyd edərək, TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığın genişlənməsinə, uğurlu təcrübələrin mübadiləsinə hazır olduğunu bildirib.
K.Ömüralıyev türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atılmasının məmnunluq doğurduğunu, TDT Katibliyinin qeyd olunan məsələyə bundan sonra da dəstək verəcəyini bildirib.
Nazirlikdə TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasında iştirak üçün Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla da görüş olub. A.Əliyev əlaqələrin əmək, məşğulluq və sosial müdafiə sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb.
V.İşıkhan iki ölkə arasında uğurlu əməkdaşlığın TDT çərçivəsində də daim genişlənəcəyini bildirib. O, təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda keçirilmiş "Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq" adlı birinci iclasının əlaqələrin inkişafında xüsusi rol oynadığını qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
BƏƏ Prezidenti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək barədə tapşırıq verib
İlham Əliyev: Azərbaycan-BƏƏ əməkdaşlığı daha geniş region üçün mühüm əhəmiyyət kəsb edir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB