06 dekabr 2025 19:04
80

"Qarabağ" səfərdə "Zirə"nin qonağı olub

Misli Premyer Liqasında XIV tura start verilib.

“İki sahil” xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1. "Zirə"nin heyətində 31-ci dəqiqədə İssa Cibrilia fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub. Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Qarabağ" lider mövqeyində qərarlaşıb. 27 xala malik "Zirə" isə ikinci pillədədir.

Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.