İngiltərə Premyer Liqasında XV tura start verilib.
“İki sahil” apasport.az-a istinadən xəbər verir ki, günün ilk matçında lider “Arsenal” səfərdə “Aston Villa” ilə qarşılaşıb.
Gərgin keçən matçda azarkeşlər üç qola şahidlik ediblər. “Topçular” bu görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, “Arsenal” hazırda 33 xalla turnir cədvəlinin ilk sırasında qərarlaşıb. “Aston Villa” isə xalının sayını 30-a yüksəldərək ikinci pilləyə yüksəlib.
Ferstappen "Formula 1" üzrə Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsində qalib gəlib