Rusiya ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasının nüanslarını cəlbedici hesab edir
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O, qeyd edib ki, ABŞ-ın strategiyası dialoqa və konstruktiv, yaxşı münasibətlər qurmağa ehtiyac olduğunu vurğulayır.
"Bu, şübhəsiz ki, cəlbedicidir və bizim vizyonumuzla tamamilə uyğundur", - deyə Peskov vurğulayıb.
Daha əvvəl "The Telegraph" qəzeti ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiyanı tənqid etməkdən çəkindiyini qeyd etmişdi.