09 dekabr 2025 15:09
403

YAP Xəzər rayon təşkilatının ərazi partiya təşkilatında görüş

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Türkan qəsəbəsi, Xanlar küçəsi 1A (17 saylı şәhәr poliklinikası) ünvanında ərazi partiya təşkilatında  üzvlər ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov   Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan  bəhs edərək onu da vurğulayıb ki,   Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da  inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar  Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.  

Daha sonra çıxış edən 17 saylı şәhәr poliklinikasının şöbə müdiri Pərvanə Kazımova ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən  Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.   

Sonda isə partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Təbriz Bayramov ərazi təşkilatının sədri, Ramin Rəhmanov  isə sədr müavini seçilib.