10 dekabr 2025 01:54
124

Gəncədə orta məktəb şagirdləri qidadan zəhərlənib

Gəncədə orta məktəb şagirdləri qidadan zəhərlənib.

“İki sahil” xəbər verir ki, 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib.

Onların orta məktəb şagirdləri olduqları və dönərdən zəhərləndikləri ehtimal edilir. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.