Amerikalı aktyor Conni Depp Mixail Bulqakovun "Ustad və Marqarita" romanının ingilis dilindəki ekran işində baş rolu canlandıracaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat verib.

"Conni Depp klassik rus ədəbi Mixail Bulqakovun "Ustad və Marqarita" əsərinin ilk ingilis dilindəki ekran işində baş rolu canlandıracaq", - deyə məlumatda bildirilir.
Layihə Deppin öz şirkəti olan IN.2 Film tərəfindən istehsal olunur.