10 dekabr 2025 20:15
126

ABŞ LUKOIL üçün bu lisenziyanın müddətini uzadıb

ABŞ Maliyyə Nazirliyi “LUKOIL” şirkətinə və onun törəmə qurumlarına Lukoil International GmbH şirkətinin satışı ilə bağlı əməliyyatlar aparmağa icazə verən lisenziyanın müddətini uzadıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə nazirliyin sənədində məlumat verilir.

Sənəddə qeyd olunur ki, LUKOIL və onun əlaqəli strukturları ilə danışıqlar aparılması, müqavilələrin hazırlanması və bağlanması üçün adətən tələb olunan bütün əməliyyatlara icazə verilir. Bu əməliyyatlar Lukoil International GmbH və ona bağlı hüquqi şəxslərin satışı və ya ötürülməsi çərçivəsində həyata keçirilə bilər.

Uzadılmış lisenziya 17 yanvar 2026-cı ilə qədər qüvvədə olacaq.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi LUKOIL-in Rusiya xaricindəki yanacaqdoldurma məntəqələrinin xidmət və bağlanması ilə bağlı zəruri əməliyyatlara da icazə vermişdi.