Səfəvişünas alimlər Günay Nəciyeva və Elnur Nəciyevin “Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəşünaslığı” adlı kitabı çap olunub.
“İki sahil” xəbər verir ki, yeni nəşrin elmi yeniliyi ondan ibarətdir ki, müəlliflər ilk dəfə olaraq Səfəvi tarixinin əsas mənbələrini vahid sistemdə qruplaşdırıblar.
Əsərin müəllifləri Səfəvi dövrü mənbələrini təhlil edərkən mənbəşünaslığın klassik prinsiplərini müasir elmi metodologiya ilə uzlaşdırmağa nail olublar. Onların tədqiqatı Xondəmir, Sədrəddin Sultan əl-Əmini, Mir Yəhya Qəzvini, Həsən bəy Rumlu, İsgəndər bəy Münşi və digər görkəmli tarixçilərin əsərləri üzərində aparılıb. Əsərdə bu müəlliflərin Səfəvilər dövləti barədə məlumatları, hadisələrin təsviri üsulu və müəllif mövqeləri müqayisəli şəkildə araşdırılıb.
Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib
"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib