Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı təltif olunub.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, bir nəfər “Azərbaycan Bayrağı” ordeni ilə, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, dörd nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bir nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, üç nəfər “Tərəqqi” medalı ilə, doqquz nəfər “Hərbi xidmətlərə görə” medalı ilə, altı nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, bir nəfər 2-ci dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə, on nəfər isə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiqlənib - SƏRƏNCAM
Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN