15 dekabr 2025 15:52
123

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib  QANUN

“Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiqlənib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Qanununu imzalayıb.

Qeyd edək ki, Saziş bu il sentyabrın 25-də ABŞ-ın Nyu-York şəhərində imzalanıb.

Sazişdə bildirilir ki, etibarlı diplomatik pasporta malik Azərbaycan və Bəhreyn vətəndaşları digər tərəfin ərazisinə onların ilk giriş günündən hər 180 gün ərzində 90 gündən çox olmayan müddətə viza tələbləri olmadan daxil ola, oradan çıxa, tranzit keçə və orada qala bilərlər. Sənəddə göstərilən müddətdən artıq qalmaq istəyən diplomatik nümayəndəliyin və ya konsulluğun işçiləri kimi təyin edilmiş etibarlı diplomatik pasportlara malik olan hər bir tərəfin vətəndaşları, o cümlədən onların ailə üzvləri, digər tərəfin ərazisinə daxil olmamışdan əvvəl həmin tərəfin qüvvədə olan qanunvericiliyə uyğun olaraq viza alırlar.