Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosial həyatında önəmli yer tutur.
“İki sahil” xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarına çevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələr qurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süni intellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub