Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər nazirlikləri arasında sayca ikinci konsulluq məsləhətləşmələri keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, BƏƏ nümayəndə heyətinə isə XİN-in Konsulluq Xidmətləri Departamentinin direktoru Raşed Nadhar Rahmah rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan BƏƏ ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqi imkanlarına baxılıb.
Eyni zamanda, iki ölkə arasında miqrasiya, ədliyyə, sərhəd, daxili işlər, təhsil, sosial və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2026-cı ildə Əbu-Dabi şəhərində keçirilməsinə dair razılıq əldə olunub.
Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
Prezident: Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək üçün imkanları səfərbər etməyə davam edəcəyik
Prezident itkinlərlə bağlı Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb