Dünən Avropa Parlamentindən mənə zəng gəldi. Həmin şəxs mənə dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətirirlər.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri Səməd Seyidov Milli Məclisin plenar iclasında deyib.
"Mənə sülh və əməkdaşlıqdan danışmaq istədiyini bildirdi. Həmin zəng zamanı aydın oldu ki, onlar artıq əvvəlcədən hazırlanmış və qəbul olunacağı bəlli olan qətnaməni təqdim etmək niyyətindədirlər", - o qeyd edib.
Deputat bildirib ki, Vaşinqtonda 8 avqustda keçirilmiş görüş və əldə olunmuş razılaşma da regionda sülh üçün mühüm dönüş nöqtəsi oldu, amma Avropa Parlamenti bu barədə susur, heç bir obyektiv münasibət bildirmir:
"Onlar Cənubi Qafqazda illərlə gözlənilən sülh prosesinə töhfə verməlidirlər. Bizimlə dialoqa dəvət etməli, obyektiv yanaşmalı və konstruktiv əməkdaşlıq qurmalıdırlar. Lakin təəssüf ki, Avropa Parlamenti tamam başqa bir mövqedən çıxış edir. Bu qurum, əslində, Avropanın bu gün düşdüyü dərin böhranın bir güzgüsüdür".
Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
Prezident: Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək üçün imkanları səfərbər etməyə davam edəcəyik
Prezident itkinlərlə bağlı Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb