Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qızılı səslər” adlı konsert proqramı keçirilib.
“İki sahil” xəbər verir ki, Beyləqan Rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsert proqramında tanınmış muğam ifaçıları və müsabiqə qalibləri öz zəngin repertuarları ilə milli musiqi irsimizin gözəlliyini nümayiş etdiriblər. Konsert proqramında səsləndirilən muğamlar, təsniflər, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Musiqi gecəsi ifaçıların “Qarabağ şikəstəsi”ni birlikdə səsləndirməsi ilə yekunlaşıb.
David Sakvarelidze Nurəddin Mehdixanlının iştirakı ilə "Kral Lir" benefis tamaşasını hazırlayacaq - FOTO
“Veliko Tırnovo Milad Bazarı”nda Azərbaycanın Bolqarıstandakı səfirliyi milli stendlə təmsil olunub