23 dekabr 2025 08:59
104

Ankarada universitetin daxili küçəsinə Üzeyir Hacıbəylinin adı verilib

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunur ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi ölkəmizlə yanaşı, dünyanin bir sıra ölkələrində qeyd olunmaqdadır. Ü.Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.

Bu gün 23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.