23 dekabr 2025 20:40
99

Daha bir regionlararası marşrut üzrə səfərlərə başlanacaq - ADY-dən yenilik

"Azərbaycan Dəmir Yolları" QSC regionlararası istiqamət üzrə daha bir marşrutu istifadəyə verəcək.

“İki sahil” xəbər verir ki, rahat və komfortlu səyahətini təmin etmək məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar  yaxın günlərdə sərnişinlərin xidmətində olacaq.

İctimaiyyətə öncədən ətraflı məlumat təqdim ediləcək.