Azərbaycana "Uşaq oyuncaqları" adı altında gətirilən malların içindən bəyan olunmayan müxtəlif adda məhsullar aşkar edilib.
“İki sahil” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, Komitənin Bakı Baş Gömrük İdarəsinin "Abşeron" gömrük postunda Çindən gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində "yumşaq oyuncaq" kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.
Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.