Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov KTN yanında İctimai Şuranın ilk dəfə təşkil olunduğunu bildirib və Şura üzvləri haqqında məlumat verib.
Görüşdə çıxış edən İctimai Şura üzvləri fikirlərini bölüşüb, təkliflərini bildiriblər. Səsləndirilən təkliflər qeydə alınıb, İctimai Şura üzvlərinin sualları cavablandırılıb.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib - FOTO
Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə birgə komissiyanın iclası keçirilib - FOTO
Anar Bağırov: 2025-ci il ərzində VK-nın Rəyasət Heyətinə 893 şikayət daxil olub