30 dekabr 2025 10:48
84

Anar Quliyev Qırğızıstanı WUF13-də fəal iştirak etməyə dəvət edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qırğızıstan tərəfini 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak etməyə dəvət edib.

“İki sahil” Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bunu komitə sədri Anar Quliyev Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanovla görüşündə bildirib. Görüşdə ölkələr arasında strateji tərəfdaşlıq, eləcə də şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

A.Quliyev Qırğızıstanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə göstərdiyi qardaş dəstəyin yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb. O bildirib ki, cari ildə Ağdam rayonunun Xıdırlı kəndində məktəb binasının açılışı bu dəstəyin ən yaxşı nümunələrindən biridir və gələcəkdə Qırğızıstanla birgə layihələrin daha da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.