01 yanvar 2026 00:20
82

Bakıda Yeni il münasibətilə bayram atəşfəşanlığı olub

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda atəşfəşanlıq keçirilib.

“İki sahil” xəbər verir ki,  Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan sakinlər və şəhərimizin qonaqları böyük maraqla izləyiblər.