05 yanvar 2026 12:45
169

Bayram günlərində bu qədər sərnişin daşınıb

2025-ci il dekabrın 29-dan bu il yanvar 4-dək Bakıdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə təxminən 90 000 sərnişin daşınıb.

“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.

Məlumata əsasən, bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1 834 reys həyata keçirilib, 52 410 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 3672 reyslə 37194 sərnişin daşınıb.

Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Ümumilikdə sərnişinlərin 50%-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.