07 yanvar 2026 21:26
163

Bakı metrosunda qatarların hərəkətində yaranan yubanma aradan qaldırılıb

Bakı metrosunda stansiya yoluna düşən sərnişin səbəbindən qatarların hərəkətində yaranan yubanma aradan qaldırılıb.

“İki sahil” xəbər verir ki,  "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Yaşıl və Qırmızı xətlər üzrə qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Əlavə məlumatlar təqdim ediləcək.