Venesuela və ABŞ iki ölkə arasında səfirliklərin açılması imkanlarını araşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes “Venezolana de Televisión” televiziya kanalına müsahibəsində bildirib.
Rodriqes Venesuelanın Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı bəyanata istinad edərək qeyd edib ki, “Venesuela və ABŞ iki ölkə arasında səfirliklərin açılması imkanlarını araşdırır”. O vurğulayıb ki, ölkə Venesuelanın müstəqilliyini, sabitliyini, suverenliyini və sülhünü qorumaq məqsədilə Bolivar sülh diplomatiyasına sadiq qalacaq.
Onun sözlərinə görə, respublika “Venesuela Prezidenti Nikolas Maduronun və Birinci xanım Siliya Floresin geri qayıtmasını təmin edəcək bir yol seçib”. O əlavə edib: “Biz bu yolu strateji səbir, qətiyyət, sonsuz sədaqət və hər şeydən əvvəl xalqımıza dərin sevgi ilə davam etdiririk”.
Qeyd edək ki, Venesuela 2019-cu ilin yanvarında ABŞ ilə diplomatik əlaqələri kəsib.
ABŞ-ın xüsusi nümayəndəsi Suriya rəsmiləri ilə Hələbdəki vəziyyəti müzakirə edib
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası: Bəzi etirazçıları ABŞ və İsrail silahlandırıb