10 yanvar 2026 10:50
126

Almaniya Ukraynaya qoşun göndərə bilər

Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri Armin Laşet atəşkəs əldə edildikdən sonra Almaniya qoşunlarının Ukraynada yerləşdirilməsini mümkün olduğunu bildirib.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Laşetin sözlərinə görə, Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri, o cümlədən ABŞ tərəfindən təmin edilən zəmanətlər zəruridir.

“Federal kansler (Fridrix Merts-red) Almaniya əsgərlərinin Ukrayna sərhədində yerləşdiriləcəyini vəd edib. Nəticədə Bundesverin cəlb edilməsi vəziyyətdən asılı olacaq”, – deyə Laşet bildirib.

Yanvarın 6-da Parisdə Avropa ölkələrinin liderlərinin, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Ağ Ev sahibinin kürəkəni Cared Kuşnerin iştirak etdiyi “İstəklilər koalisiyasının” sammiti keçirilib. Görüşdə Ukrayna prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti də iştirak edib.

Görüşdən sonra Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron münaqişə başa çatdıqdan sonra respublikada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə bəyannamə imzalayıblar.