10 yanvar 2026 22:22
310

Xaricdə fasiləsiz altı aydan çox yaşayan Gürcüstan vətəndaşlarının dövlət tibbi sığortası dayandırılacaq

Gürcüstan vətəndaşları ölkə hüdudlarından kənarda 6 aydan artıq müddətdə qalarsa, onların ümumi dövlət tibbi sığortası avtomatik olaraq dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Mixail Sarjveladze qərar imzalayıb.

Qərara əsasən, dövlət tibbi sığortasını itirən vətəndaşların sistemə yenidən qoşulması üçün sosial xidmətlər agentliyinə müraciət etməsi və müvafiq ərizə təqdim etməsi tələb olunacaq.