Qazaxıstanın Atırau şəhərində çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.
“İki sahil” Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN əməkdaşlarının operativ tədbirləri nəticəsində 8 nəfər, o cümlədən 3 uşaq təhlükəsiz şəkildə xilas edilib.
Yanğın tam söndürülüb. Xəsarət alan yoxdur.